azia.az
azia.az

Bazara ucuz evlər gəldi: Məcburi köçkünlər üçün Bakıda tikilən mənzillərin qiyməti belə olacaq

18-06-2022, 08:42

Bazara ucuz evlər gəldi: Məcburi köçkünlər üçün Bakıda tikilən mənzillərin qiyməti belə olacaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışı qaydası müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nda əksini tapıb. Qeyd edək ki, ötən dövr ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 100-dən artıq müasir qəsəbə salınıb.



Torpaqlarımız işğaldan azad edilib və yenidənqurma işlərindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacağı təqdirdə artıq bu evlərin satışının təşkili gözlənilən idi.

Hazırda həmin mənzillərin satışının necə reallaşacağı və həmin mənzillərin keyfiyyəti ilə əlaqədar səslənən fikirlərə əsaslansaq, bununla bağlı problem yaranacaqmı?



Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, təxminən 20 ildən artıq müddətdir Azərbaycanda, xüsusilə də Bakıda tikinti işləri sürətlə gedir və bu gün də davam edir:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi