azia.az
azia.az

Komada olan Vətən Müharibəsi qazisi vəfat etdi

29-05-2022, 15:53


Vətən Müharəsi qazisi, “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra bu gün vəfat edib.
Xəbər verilir ki, qazi bu gün dünyasını dəyişib. Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb.
Komada olan Vətən Müharibəsi qazisi vəfat etdi
Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da, qəlpəni çıxarmaq mümkün olmayıb. İyulun 9-da komaya düşüb.

Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“Azəriqaz”ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi