Azərbaycan Qarabağdakı ermənilərə pensiya verəcək? - AKTUAL
“Sülh müqaviləsi hazırlandıqdan və bağlandıqdan sonra digər məsələlər, o cümlədən pensiya, pasportla təmin olunma məsələləri razılaşdırılacaq. Təbii ki, burada beynəlxalq təcrübədən istifadə olunacaq. Hətta bəzi ölkələrdə keçid dövrü praktikasından istifadə olunur ki, burada ikili vətəndaşlıq məsələsi də tətbiq olunur. Bunlar ayrıca müzakirə ediləcək və razılaşdırılacaq məsələlərdir”.
Teref.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Cebhe TV-nin canlı yayımında “Azərbaycan vətəndaşlığına tabe olan erməni əsilli vətəndaşların pensiya təminatı kapital toplamaq baxımından qanunvericiliklə necə uyğunlaşacaq?” sualına cavab verərkən deyib. Deputat bu məsələlərdə beynəlxalq təcrübələrin olduğunu bildirib:
“Məsələn, Azərbaycanla Rusiya arasında pensiya kapitalının tanınması ilə bağlı razılıq əldə olundu. Onun mahiyyəti ondan ibarət idi ki, Rusiyada yaşayan azərbaycanlıların orada yaşadığı, işlədiyi müddətdə ödədiyi pensiya kapitalları və iş stajları nəzərə alınacaq. Məsələn, azərbaycanlı miqrant Rusiyada 20 il yaşayıb, işləyib, müəyyən ödənişləri var, amma əvvəl o şəxs Azərbaycana qayıdanda işsiz sayılırdı. Onun pensiyaya çıxması üçün əlavə 25 il işləməsi lazım idi. Amma artıq mövcud anlaşmalar və bu prosesin elktronlaşması imkan verəcək ki, həmin şəxs Azərbaycana qayıb 5 il işləməklə pensiya hüquqi əladə edə biləcək. Azərbaycanda yaşayan, işləyən ruslar da Rusiyada eyni hüquqa malik olacaq. Sülh müqaviləsi bağladıqdan sonra Azərbaycan vətəndaşı olan ermənilərin də pensiya təminatında bu cür addımların atılması mümkündür. Amma təbii ki, bunlar razlaşdırılacaq məsələlərdir. Digər tərəfdən, bizim də Ermənistanda xeyli sayda vətəndaşlarımız yaşayıb, işləyiblər. Eyni qayda da onlar da bu təminatları verməlidir. Bütün bu razılaşmalar sistemli qaydada olmalıdır. Biz ermənilərə nə təklif ediriksə, onlar da Ermənistanda yaşamış, sonra qaçqın olmuş, bütün əmlakını, pensiya baxımından stajını itirmiş vətəndaşlarımıza da şamil olunmasına ehtiyac var”.