Rusiyadan Qarabağdakı ermənilərə ŞOK TƏKLİF - Moskvadan növbəti HİYLƏ
"Hazırda Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin getdikcə gərginləşməsi birbaşa Ermənistanın daxili siyasi vəziyyəti ilə, üstəlikdə ki, Paşinyanın parlamentdə "Qarabağın statusu" və Qarabağı əhatə edən digər məsələlərlə bağlı açıqlamalarından sonra baş qaldırmağa başladı".
Xəbər verilir ki, bunu milli.az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.
O bildirib ki, Rusiya çalışır ki, Ukraynadakı savaşı bitənə qədər Azərbaycanın başı açılmasın, daim Ermənistanla sərhəddində atışma olsun:
"Ermənistan daxilində Paşinyana qarşı çıxan müxalif qüvvələr, - onlar da bu günə qədər istər orduda, istər sərhədyanı bölgələrdə icmalar səviyyəsində Paşinyan əleyhinə olan o qüvvələrdir, - çalışırlar ki, sərhəddə vəziyyəti daha da gərginləşdirsinlər və Paşinyana göstərsinlər ki, "görürsən, sən bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyirsən, bir tərəfdən sərhədlərin delimitasiya-demarkasiya məsələlərini gündəmə gətirirsən, amma Azərbaycanla sərhəddə hələ bizim problemlərimiz həll olunmayıb. Bunlar hamısı bir-biri ilə bilavasitə bağlı olan məsələlərdir.
Xüsusən də bu Brüssel görüşündən sonra Rusiyanın maraqlarına uyğun gəlmədiyi üçün burada Rusiya faktoru da öz işini görür. Yəni hazırda Ermənistandakı daxili siyasi vəziyyətin belə gərginləşməsi fonunda Paşinyan əleyhdarları öz işini görür. Çalışırlar ki, bütün bu vasitələrdən öz xeyirlərinə istifadə etsinlər, nə isə əldə edə bilsinlər, vəziyyəti gərginləşdirsinlər, Paşinyanın başını sərhəddəki hadisələrlə qatsınlar, üstəlik də ki, istər ictimaiyyətə, istər Paşinyanın özünə sübut etsinlər ki, "görürsünüz ki, bizim Azərbaycanla sülh müqaviləsi imzalamağa haqqımız yoxdur".
Ətraflı
Rusiya da çalışacaq ki, Brüssel görüşündə əldə olunmuş razılaşmanı pozmaqla Paşinyanı cəzalandırsın. Rusiya bir daha Paşinyana sübut edir ki, əgər gündəmdə sülh məsələsi varsa, bu yalnız Rusiyanın diqtəsi ilə mümkün ola bilər. Çünki bəllidir ki, sabah əgər sülh müqaviləsi bağlanarsa və sərhədlər müəyyənləşəndən sonra, həmin o beynəlxalq kommunikasiya yollarının açılması tam başa çatandan sonra artıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin qalmağının da əhəmiyyəti olmayacaq. Sülh olarsa, Qarabağ Azərbaycanın ərazisi kimi irəvan tərəfindən bəyan ediləcəksə, burada rusun nə işi ola bilərki?!
Mənim şəxsən əldə etdiyim məlumata görə hazırda Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərkibində Ermənistan vətəndaşları ilə yanaşı Qarabağ erməniləri də var ki, müharibədən sonra orada qalıb pul müqabilində "xidmət edirlər". Amma bu qanunsuz silahlı qruplaşmaların içində olan həmin o Ermənistan vətəndaşlarının da artıq müqavilələri bitir. Rusiya həmin şəxslərə təklif edir ki, Rusiya vətəndaşlığını qəbul etsinlər, onlara Rusiya vətəndaşlığı, vəsiqəsi verilsin və qalıb müqavilə şərti ilə sülhməramlıların tərkibində xidmət göstərsinlər.
Çünki məlumdur ki, Ukrayna müharibəsi Qarabağdan kifayət qədər sülhməramlıları döyüşlərdə iştirak etmək üçün apardılar. Kontingentin sayı azalıb. Böyük itkilər nəticəsində Rusiya özü hazırda Ukrayna ilə müharibədə ciddi kadr çatışmazlığı ilə üz-üzədir. Ona görə də hazırda Qarabağdakı qanunsuz erməni silhalılarının tərkibində fəaliyyət göstərən müqaviləli şəxsləri həmin o sülhməramlı kontingentin tərkibində xidmət etməyə cəlb etmək istəyirlər. Təbii ki, Rusiya vətəndaşlığı vermək şərtləri ilə.
Bu səbəbdən də Rusiya Ermənistan-Azərbnaycan sərhəddində vəziyyəti gərgin saxlamaqda maraqlıdır. Yəni Ukraynadakı savaşı bitirənə qədər Azərbaycanın başı açılmasın, daim sərhəddə atışma olsun, eskalasiya daha da çətinləşsin. Əgər burada hər şey qaydasına düşərsə, sülhməramlıların bölgədə qalmasına artıq ehtiyac qalmır. Qalsa da kimi qoruyacaqdır?! Əgər hər şey qaydasındadırsa, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşıblarsa, sülh şəraitində yaşamaq istəyirlərsə, daha Rusiyanın burada qalımağın heç bir əhəmiyyəti və effekti olmayacaq. Proseslər isə göstərir ki, Rusiya öz təsir dairəsini itirmək fikrində deyil".