azia.az
azia.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması

20-05-2022, 11:10

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
19 may 2022-ci il tarixində internet səhifənizdə yerləşdirilmiş “Qarabağ Qazisi İcbari Tibbi Sığortadan Baş Prokurora şikayət etdi – "Mən guya özəl xəstəxanada əməliyyat olunmuşam"” başlıqlı məqalədə Muradov Rəşid Həmzə oğlu tərəfindən edilmiş şikayətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) açıqlamasını təqdim edirik.

Öncə vətəndaş Muradov Rəşid Həmzə oğlunun Agentlikdən ona Gəncə Beynəlxalq Xəstəxanasında artıq əməliyyat olunması ilə bağlı məlumatın verilməsi (videoçəkilişdə də həmin sənəd nümayiş olunub) barədə iddiaya aydınlıq gətirmək istərdik. Agentlik tərəfindən vətəndaşa təqdim edilmiş məktub onun həyat yoldaşının Gəncə Şəhər Birləşmiş Xəstəxanasında vakant yer olduqda işlə təmin olunması ilə bağlı dəstək haqqındadır. Məktubda xəstəxanaya vətəndaş Rəşid Muradovun həyat yoldaşının işlə təmin olunma məsələsinə baxılması və nəticəsi barədə Agentliyə, həmçinin vətəndaşa məlumat verilməsi bildirilib. Müvafiq məktubla əlavə olunmuş faylda ətraflı tanış ola bilərsiniz.
Vətəndaşın I Qarabağ müharibəsi qazisi olması ilə bağlı bildirmək istərdik ki, Agentliyə daxil olan heç bir siyahıda onun qazi olması haqqında məlumat qeydə alınmayıb. Belə ki, vətəndaşın imtiyazlı qrupa aid olduğu aşkarlandığı təqdirdə bu zaman tibbi xidmətin göstərilməsi təcili və təxirəsalınmaz hal olaraq icra olunur.
Vətəndaşın tibbi xidmətdən yararlanması ilə bağlı bildirək ki, vətəndaş Muradov Rəşid Həmzə oğlu Gəncə Birləşmiş Xəstəxanasında tibbi müayinədən keçərkən ona koksaartroz diaqnozu qoyulub. Xəstəxanadan Agentliyə daxil olan məlumata əsasən 01.03.2022-ci il tarixində planlı bud çanaq oynağının protezləşdirmə əməliyyatı üzrə ümumi siyahıya salınıb.
14.04.2022 tarixində Gəncə Beynəlxalq Xəstəxanasına vətəndaşın planlı əməliyyatların siyahısına salınması haqqında məlumat göndərilib. Gəncə Beynəlxalq Xəstəxanasından verillən məlumata əsasən vətəndaş 12.05.2022-ci il tarixində həkim müayinəsinə dəvət olunub. Xəstəxanada vətəndaşa ambulator kart (xəstəlik tarixçəsi) açılıb və rentgen müayinə üzrə tibbi xidmət həyata keçirilib.
26.05.2022 tarixində pasiyentın cərrahiyyə əməliyyatı icra olunacaq. Vətəndaşa əməliyyatın keçirilmə tarixi və müvafiq tibb müəssisəsi barədə ətraflı məlumat verilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi