Baş prokuror Mübariz Qurbanlının qardaşına vəzifə verdi - FOTO
Azərbaycanda tanınmış sabiq prokuror Tariyel Qurbanova yeni vəzifə verilib.
Azia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, o, Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Qeyd edək ki, T.Qurbanov Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub, eyni zamanda, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.
O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.