azia.az
azia.az

Mülki şəxslər “Azovstal”ı tərk ediblər

12-05-2022, 07:39


Mülki şəxslər “Azovstal”ı tərk ediblər
Ukraynanın Azov alayının komandir müavini Svyatoslav Palamar bildirib ki, dinc sakinlər blokadaya alınmış “Azovstal”ı tərk edə biliblər.
Mülki şəxslər “Azovstal”ı tərk ediblər
Bu barədə “RBC-Ukraina” CNN-ə istinadən xəbər verir.

O, qeyd edib ki, zavodun ərazisində yerli döyüşlər davam edir.

“Əgər siz konkret olaraq “Azovstal” zavodundan danışırsınızsa, o zaman bizimlə birlikdə olan, qayğısına qaldığımız mülki şəxslər zavodu tərk edə biliblər”, - Palamar bildirib.

Qeyd edək ki, “Azovstal” zavodu Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb. Ukrayna hərbçiləri düşmənin bir neçə dəfə üstün qüvvələrinə baxmayaraq, müdafiə olunurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi