Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb
![]()
Ölkə.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Belə ki, hadisə jurnalistin yaşadığı ünvanda baş verib.
Naməlum şəxs Binəqədi rayonu, 9 mikrorayonda A.Məmmədova binanın liftinə daxil olan zaman onun arxasınca gələrək bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib və bu barədə yazmamasını tələb edib.![]()
Polis hadisə ilə bağlı jurnalistin evində ondan izahat alıb.
Fakt araşdırılır.