Tanınmış vəkilin milyonluq kolleksiyası: bağışlayır, yiyə duran yoxdur (VİDEO)
Qafqazda və MDB məkanın ilk və tək olan balıqqulağı muzeyini yaradan Kamandar Nəsibov 20 ildir ki, bu işlə məşğuldur. O, bu kolleksiyanı yığmaq üçün 1 milyon dollardan çox pul xərcləyib. Bu kolleksiyada dəyəri 4-5 min dollar olan mirvarilər, yaşı min ildən çox olan nümunələr var. Bəzi vitrinlərin dəyəri 70-80 min avro üzərindədir. Kolleksioner təkcə katoloqlar üçün 150 min avro pul xərcləyib.