azia.az
azia.az

Yeni viruslarla bağlı şok XƏBƏRDARLIQ

30-04-2022, 13:46

Yeni viruslarla bağlı şok XƏBƏRDARLIQ
Amerikalı alimlər 2070-ci ilə qədər minlərlə yeni virusun peyda olacağını proqnozlaşdırıblar.

Azia.az lent.az-a istinadən xəbər verir ki, bu virusların yaranmasına iqlim dəyişikliyi səbəb olacaq.

Bioloqlar yaxın 50 ildə dünya üzrə orta temperaturun artacağını bildiriblər. Bu da daha çox xəstəliklərin peyda olmasına gətirib çıxaracaq. Yaranmış yeni virusların daha çox məməli heyvanlarda, quşlarda rast gəlinəcəyi ehtimal olunur.

Mütəxəssislərin sözlərinə görə, yeni viruslar koronavirus pandemiyası kimi hallara səbəb olmayacaq. Amma xəstəliklərin heyvanlardan insanlara keçmə riski arta bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi