azia.az
azia.az

Vüsal Kərimlinin həzm-rabedən keçirdiyi 100 MİLYON MANAT... - Ortada qara qəpiklik iş də yoxdur...

30-04-2022, 11:06

Vüsal Kərimlinin həzm-rabedən keçirdiyi 100 MİLYON MANAT... - Ortada qara qəpiklik iş də yoxdur...
6 nömrəli iki avtobus eyni vaxtda dayanacağa yaxınlaşır. Dayanacaqdakı monitorlarda isə avtobusların gəlmə tarixləri göstərilmir. Bu avadanlıqlar artıq illərdir işləmir.

2011-ci ildə açılışı edilən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda nəqliyyat sistemini təkmilləşdirməli, ictimai nəqliyyatın hərəkətini tənzimləməli və hərəkət marşrutlarını optimallaşdırmalı idi. Bunun üçün ilkin mərhələdə mərkəzə 100 milyon manata yaxın vəsait ayrılmışdı.

Əvvəlcə Nəqliyyat Nazirliyinin tabeliyində olan Mərkəz 2015-ci ildə Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verildi. Bu ilin fevralında isə qurum yenidən əl dəyişdirdi, Daxili İşlər Nazirliyinin tabeliyinə keçdi.

İlkin mərhələdə 100 milyon manata yaxın vəsait xərclənən Mərkəz 10 il müddətində ictimai nəqliyyatın hərəkətini niyə tənzimləyə bilmədi?

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti sıfıra enib və buna görə də qurum DİN-in tabeliyinə verildi.

İqtisadçı Toğrul Vəliyev deyir ki, mərkəz əslində nəqliyyatın idarə edilməsini özünə məqsəd qoymamışdı, əsasən bu sahəyə nəzarəti hədəfləmişdi.

Azərbaycanda bu sistem işləməsə də, intellektual idarəetmə sistemi qonşu Gürcüstanda işlədi. Dayanacaqda olan vətəndaş avtobusun nə vaxt gələcəyini monitordan öyrənə bilir. Toğrul Vəliyev deyir ki, Gürcüstan vahid nəqliyyat sistemi qura bildi, Azərbaycanda isə bu hələ də alınmır.

Nəqliyyatı intellektual idarəetmə sistemini ölkədə qurmaq niyə mümkün olmadı deyə Bakı Nəqliyyat Agentliyinə sorğu göndərsək də, suallarımız cavablandırılmadı.

Sərnişinlər isə dayanacaqda nə qədər gözləyəcəklərini yalnız təxmin edə bilirlər, dəqiq məlumat verəcək monitorların heç biri işləmir. Bu sistemin nə vaxt işləyəcəyi də məlum deyil.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi