azia.az
azia.az

Həbsdəki MTN generalları ƏFV ƏRİZƏSİ YAZDILAR - azadlığa ÇIXACAQLAR?

28-04-2022, 17:48

Həbsdəki MTN generalları ƏFV ƏRİZƏSİ YAZDILAR - azadlığa ÇIXACAQLAR?
Hazırda 9 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və nazirliyin Monitorinq Mərkəzinin rəisi olmuş Teymur Quliyev əfv olunmaq istəyir. Daxil olan xəbərdə deyilir ki, hər iki şəxs Prezident İlham Əliyevə əfv ərizəsi ilə müraciət edib.

Əfv ərizəsində hər iki şəxs törətdiyi əməllərindən peşimançılıq hissi keçirdiklərini, çəkdikləri cəzanın nəzərə alınmasını və azadlığa buraxılmalarını xahiş ediblər.

Qeyd edək ki, hər iki şəxs sabiq MTN rəhbəri Eldar Mahmudovun nazirlikdə yaratdığı mütəşəkkil cinayətkar dəstənin əsas simalarından olub.

Məhkəmə çıxışında Elçin Quliyev sabiq nazirin əleyhinə ifadə versə də ancaq Eldar Mahmudov məsuliyyətə cəlb olunmadı.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi