azia.az
azia.az

"Siz Aydan və ya Marsdan gəlməmisiniz..." - PA işçisinə ETİRAZ

26-04-2022, 11:40

"Siz Aydan və ya Marsdan gəlməmisiniz..." - PA işçisinə ETİRAZ
Dünən sosial şəbəkədə “Leksus” markalı avtomobili idarə edən şəxsin digər yol hərəkəti iştirakçısı olan və motosikleti idarə edən şəxsi, şəhərin mərkəzi küçələrinin birində döyərək təhqir etdiyi video-görüntülərə ras gəldim.

Sonradan saytlar xəbər verdi ki, sən demə, leksusu idarə edən şəxs Prezident Administrasiyasının işçisi imiş və indi törətdiyi əməldən də peşmandır. Deyirəm nə yaxşı ki, bu texnoloqiya inkişaf edib və hər şey göz qabağındadır.

Yoxsa bu xırda məmurcuq indi iddia edirdi ki, motosikleti sürən vətəndaş onun bahalı avtosuna qəsdən çırpılıb və yazıq zalımı təhqir edərək sillələyib. Mən də bir jurnalist, Azərbaycanımı sevən milyonlarla vətəndaşımız kimi bu məsələdən yan keçə bilmədim və öz mövqeyimi ifadə etmək istərdim. Çünki nə qədər ki, bu kimi məmurcuqlar vəzifədə qalacaq, bu və digər problemlər də mövcud olacaq.

Düşünürəm ki, bu cür məmurcuqlar mütləq öz cəzasını almalıdır. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir: Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları bu prinsiplərə riayət etmələrinə sövq etməlidir.

Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Və əlbəttə ki, bu kimi kabinetlərdəki kreslolarda boş-boş oturmaqdan iylənmiş, harınlamış məmurcuqlar dərs almalıdır. Hər birimiz Azərbaycan vətəndaşıyıq, istər “Leksus” idarə edən, istərsə də sadəcə hər hansı çatdırılma şirkətində çalışan birisi – hər birimiz eyni bayraq altında gəzirik. Odur ki, cənab məmurlar bir daha işlərinizdə diqqətli olun, yaddan çıxarmayın ki, siz Aydan və ya Marsdan gəlməmisiniz və sizin məsuiyyətiniz daha böyük olmalıdır, yoxsa… Bilirəm, yoxsasını da yaxşı bilirsiniz, çünki çoxlarınızın kürkünə artıq bit düşüb.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi