azia.az
azia.az

Üçtərəfli görüş regionda təhlükəsizliyə təminatdır

26-04-2022, 07:58


İran, Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü inkişafa xidmət edəcək
Üçtərəfli görüş regionda təhlükəsizliyə təminatdır
İran Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə üçtərəfli iclasa ev sahibliyi edəcək. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dünən mətbuat konfransında deyib. S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar işlər həyata keçirilir.
O əlavə edib ki, son 10 ay ərzində İran və Azərbaycan arasında bir çox birgə layihələr müəyyənləşib. Müxtəlif səviyyələrdə səfərlər həyata keçirilib.

Nazirlik rəsmisi qeyd edib ki, İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfərinin Azərbaycana bugünkü səfəri də birgə layihələrlə bağlıdır:
"Bu səfərlər təkcə Xarici İşlər Nazirliyi ilə məhdudlaşmır, digər nazirliklər tərəfindən də həyata keçirilir".
Politoloq Natiq Mirinin “Şərq”ə açıqlamasına görə, gözlənilən görüş geosiyasi baxımdan hər üç dövlətin maraqlarına xidmət edir. Həm ölkələrarası iqtisadi-ticari əməkdaşlıq kontekstində, həm də regionda təhlükəsizliyin təminatı baxımından müsəlman ölkələrinin üçlük formatında layihələr həyata keçirməsi və əməkdaşlıq məsələlərində razılığa gəlməsi regionda sülhün təminatı üçün mühüm məsələdir:

“Azərbaycanın qərb hissəsi xüsusən Naxçıvanla birləşdirici bir dəhliz rolunu oynamağa başlayıb. Bu yöndə ciddi sənədlər imzalanıb.

Bu isə indiki reallıqda Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələdir. Zəngəzur dəhlizi deyiləcək kommunikasiyaların yaxın zamanlarda açılması müzakirə predmeti olsa da, müəyyən risklər var.

Bu baxımdan İran-Azərbaycan arasında mövcud olan beynəlxalq dəhliz Azərbaycan- Ermənistan münasibətləri kontekstində mövqeləri gücləndirir. Bu müsəlman ölkələrinin birliyində İranın nə dərəcədə səmimi olacağından çox şey asılıdır.

Bilirsiniz ki, İranda Azərbaycan və Türkiyəyə qarşı münasibətlər sistemi birmənalı deyil. Hakimiyyət daxilində müxtəlif fikirlərə xidmət edən şəbəkələr mövcuddur və onların zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə müəyyən iddialar qaldırdığının da şahidi oluruq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi