azia.az
azia.az

Nazir bunu görmürmü?AĞLAYAN QAZİ... - Acı Azərbaycan REALLIĞI...

21-04-2022, 11:00

Nazir bunu görmürmü?AĞLAYAN QAZİ... - Acı Azərbaycan REALLIĞI...
Vətən müharibəsinin qazisinin ürəkparçalayan görüntüləri yayılıb. Ümumilikdə bədənində 207qəlpə var, ən ağır qəlpə ağ ciyərindədir. Ürəyi zəif olanların baxması məsləhət görülməyən kadrlarda qəhrəman qazimizin necə ağrılar çəkdiyi eşidilir. Qeyd olunur ki, ağrılar dözülməzdir və müalicəsi üçün heç bir kömək yoxdur. Vətəndaşlar YAŞAT Fonduna, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ediblər. Həqiqətən də ağır vəziyyətdə olan qazilərin diqqətdən kənarda qalması qəbulolunmaz haldır. S. Babayev və komandası gecə-gündüz islahatlardan danışırlar, yaxşı olar ki, nazirlikdə olan ictimai əlaqələr şöbəsi, sosial şəbəkə istifadəçiləri bu kadrları görüb nazirə məruzə etsinlər. Onların kabinetində təhlükəsiz yaşaması üçün bizim qazilərimiz sağlamlığını itirib, indi ağrılar içində əzablar çəkirlər.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi