Azərbaycanda daha bir məmur saxlanıldı - FOTO
Göyçay İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov tutulub.
R.Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.
Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.