azia.az
azia.az

Soydaşlarımızı sahibsiz qoymayaq

8-04-2022, 16:44



Soydaşlarımızı sahibsiz qoymayaq
Azərbaycan Türkləri sosial şəbəkələr vasitəsi ilə video paylaşaraq Azərbaycan dövlətindən Əfqanıstanda Taliban təhlükəsi ilə üz-üzə qalan soydaşlarımıza kömək edilməsini xahiş edirlər.

Soydaşlarımız həmçinin ölkəmizdə ana dilləri olan Azərbaycan Türkcəsini, tarixi Vətənləri olan Azərbaycanın tarixini və mədəniyyətini öyrənmək arzusundadırlar. Buna görə də, onlar üçün təqaüd proqramının təşkilinə ehtiyac vardır.

Aldığımız məlumata görə Özbəkistan və Tacikistan Özbək Türklərini və tacikləri ölkədən çıxarıblar. Azərbaycan Türkləri isə hələ də Taliban təhlükəsi altında yaşamağa məhkum qalıblar.

Fikrimizcə, Azərbaycan dövləti soydaşlarımıza sahib çıxmalıdır.

Eldəniz Abbaslı,
Bütöv Azərbaycan Ocaqları (BAO) Mətbuat Xidmətinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi