azia.az
azia.az

Ukrayna səfiri rusiyalı əsgərlərin hərəkətini erməni vandalizmi ilə eyniləşdirdi - VİDEO

7-04-2022, 08:32


Ukraynanın dünya şöhrətli şairi Taras Şevçenkonun heykəli Rusiya hərbçiləri tərəfindən güllələnib.
Ukrayna səfiri rusiyalı əsgərlərin hərəkətini erməni vandalizmi ilə eyniləşdirdi - VİDEO
Xəbər verilir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial media hesabından paylaşım edib.

Diplomat eyni zamanda məşhur azərbaycanlı vokalist Bülbülün Şuşada ermənilər tərəfindən güllələnən heykəlinin də görüntüsünü payalşıb və bu iki oxşar hadisəni biri-biri ilə əlaqələndirib.

“Yeni azad edilmiş Kiyev vilayətində (Borodyanka ş.) Taras Şevçenkonun işğalçılar tərəfindən güllələnmiş büstü və Qarabağın (Şuşa ş.) azad edilməsindən əvvəl Bülbülün büstü”, - deyə o qeyd edib. "Oxu.az"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi