azia.az
azia.az

Azərbaycanda neçə nəfər Paşinyanın adını uşağına verib? – Rəsmi məlumat

6-04-2022, 12:31

Azərbaycanda neçə nəfər Paşinyanın adını uşağına verib? – Rəsmi məlumat
Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

Azia.az saytı bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub.

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə – 44 günlük Vətən müharibəsi dövründə daha “populyarlaşdı”. Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşublar.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə Nikolas adı verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi