azia.az
azia.az

BELƏ DƏ OLURMUŞ: Bakıda məktəb binasında otaqlar kirayə verilir... - İşıq, su, qaz da pulsuzdur

5-04-2022, 17:57

BELƏ DƏ OLURMUŞ: Bakıda məktəb binasında otaqlar kirayə verilir... - İşıq, su, qaz da pulsuzdur
Yeni Yasamalda, "Qismət" şadlıq sarayının yanında yerləşən məktəb binasında otaq kirayə verilir.

Bu barədə məlumat sosial şəbəkələrdə ev elanları səhifəsində yayılıb.

Elanda bildirilir ki, 3 mərtəbəli məktəb binasının 2-ci mərtəbəsində 1 otaq kirayəyə verilir. Elanda kirayə verilən otağın kommunal xidmətlərinə, yəni qaz, su, işıq puluna görə ödəniş olmayacağı yazılıb. Hamam-tualetin isə ayrı olduğu vurğulanır. 200 manata təklif edilən kirayə otaq elanı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Məktəb binasında otağın necə kirayə verildiyi hər kəsdə maraq doğurub.

Cebhe.info məsələni dəqiqləşdirmək üçün elanda qeyd olunan mobil nömrə ilə əlaqə saxlayıb.

Özünü “makler” kimi təqdim edən şəxs bildirib ki, kirayə verilən otaq həqiqətən də məktəb binasında yerləşir və sözügedən məktəbdə 1 deyil, 2 otaq kirəyə verilir. Birinin qiyməti 200, digərinin isə 125 AZN təşkil edir.

Ancaq özünü makler kimi təqdim edən şəxs otaqların hansı məktəbdə yerləşdiyini deməkdən imtina etdi: “”Qismət”in yanına gəlin, orada otaqları kirayə verən şəxslə görüşün. Orada hər şey deyiləcək”.

O da vurğulandı ki, əgər otaq kirayə götürlərsə, maklerə 50 AZN xidmət haqqı ödəniləcək.
BELƏ DƏ OLURMUŞ: Bakıda məktəb binasında otaqlar kirayə verilir... - İşıq, su, qaz da pulsuzdur
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi