azia.az
azia.az

Bakıda süni zəka üzrə ödənişsiz təlim başlayır (ELAN)

5-04-2022, 08:05


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Süni İntellekt Laboratoriyası (AI Lab) süni zəka sahəsi üzrə ödənişsiz təlim və təcrübə proqramı elan edib.
Bakıda süni zəka üzrə ödənişsiz təlim başlayır (ELAN)
Bu barədə Qaynarinfo-ya Nazirlikdən məlumat verilib.

Proqram çərçivəsində süni zəkanın əsasını təşkil edən "Data Science”, "NLP” və "Computer Vision” sahələri dərindən tədris olunacaq. Təlimdə tələbələr "Python” proqramlaşdırma dilini, statistikanın seçilmiş mövzularını, "Machine Learning” və "Deep Learning” kimi sahələri nəzəri və praktiki cəhətdən öyrənəcəklər. Bununla yanaşı, proqram iştirakçıları "Deep Learning”in əsas alətlərindən olan "TensorFlow”, "Keras” və "PyTorch” ilə də yaxından tanış olacaqlar.

İlk dəfə olaraq tələbələr proqram çərçivəsində "AI Lab”ın həyata keçirdiyi real layihələr üzərində işləyəcəklər. Təlimdə xüsusi fərqlənənlər üçün iş imkanı yaradılacaq.

Təlimdə iştirak etmək istəyən namizədlər Azərbaycan Süni İntellekt Laboratoriyasının veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçə və ya [email protected] e-poçt ünvanına öz CV-lərini göndərə bilərlər.

Təlimdə iştirak ödənişsizdir. Müraciət üçün son tarix 15 aprel 2022-ci ildir. Dərslər mayın 5-də başlayacaq və 6 ay davam edəcək.
Təlimdə iştirak üçün seçim meyarları bunlardır:
kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr və məzunlar;

istənilən proqramlaşdırma dilində ilkin və ya orta səviyyədə bilik (Python arzuolunandır);

alqoritmlər və data strukturları haqqında ümumi anlayış;
riyazi (xüsusilə "Calculus” və xətti cəbr üzrə) bacarıqlar.
Seçim prosesində komanda daxilində işləmək, tədqiqat bacarıqları və ingilis dilini orta səviyyədə bilmək meyarları da əsas götürüləcək.

Qeyd edək ki, Azərbaycan Süni İntellekt Laboratoriyası ilk təlim proqramına 2022-ci ilin yanvar ayında start verib. Hazırda laboratoriyada 10 tələbə təhsil alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi