azia.az
azia.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu tələbələr arasında “Stock Pitch” müsabiqəsini elan edir.

4-03-2019, 17:26

Azərbaycan Respublikası Dövlət Neft Fondu tələbələr arasında “Stock Pitch” müsabiqəsini elan edir.

Azia.az-a verilən məlumata görə: Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tələbələr arasında “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinə start verir. Bu müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirəcək, eləcə də təcrübəli mütəxəssislərdən rəy alacaqlar.

Müsabiqədə bakalavr pilləsinin son iki ilində və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. İştirakçılar dörd nəfərdən ibarət komanda şəklində olmaqla eyni universiteti təmsil etməlidirlər. Müraciətlər həm azərbaycan, həm də ingilis dilində qəbul olunur.

Müsabiqədə iştirak üçün qeydiyyat formasını doldurub iştirakçıların CV-ləri ilə birlikdə [email protected] elektron ünvanına 4 aprel 2019-cu il tarixindən gec olmamaq şərti ilə göndərməyiniz xahiş olunur. Azərbaycan və ingilis dilində qeydiyyat formaları ilə əlavədəki fayllardan tanış ola bilərsiniz.

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

1. Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi: 4 aprel 2019

2. Növbəti mərhələyə keçəcək komandaların açıqlanması: 10 aprel 2019

3. Seçilmiş komandaların təlimdə iştirakı, eləcə də səhmin seçimi və təhlili üçün göstərişlərin verilməsi: 13 aprel 2019

4. Səhm üzrə təhlilin təqdim edilməsi: 13 may 2019


5. Yarım-final mərhələsinə keçəcək komandaların açıqlanması: 22 may 2019

6. Yarım-final və final mərhələlərinin keçirilməsi: 24 may 2019. Komandalar öz təhlilləri əsasında münsiflər heyətinin qarşısında qısa bir çıxış edərək onları seçdikləri səhmin nəyə görə yaxşı investisiya olduğuna inandırmalıdırlar.

Mükafatlar:

1-ci yer: 5 000 AZN

2-ci yer: 3 000 AZN

3-cü yer: 1 000 AZN

Müsabiqədə uğurla çıxış etmiş iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı əldə edəcəklər.

“Stock pitch” nədir?

“Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir:

* tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi;

* həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi;

* təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi