azia.az
azia.az

Ukraynada qadınlar öz övladlarının gözü qarşısında təcavüzə məruz qalır

3-04-2022, 22:15

Ukraynada qadınlar öz övladlarının gözü qarşısında təcavüzə məruz qalır
“Zorlanma hadisələri Rusiya silahlı qüvvələrinin Ukraynada həyata keçirdiyi hərbi əməliyyatların bir hissəsinə çevrilib”.

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons bu barədə öz “Twitter” səhifəsində yazıb.

Britaniyalı diplomat öz sosial şəbəkə hesabında Rusiya hərbçilərinin Kiyev vilayətində törətdiyi cinayətlərə toxunaraq qeyd edib:
Ukraynada qadınlar öz övladlarının gözü qarşısında təcavüzə məruz qalır
“Zorlama - müharibə silahıdır. Biz hələ onun Ukraynada istifadəsinin tam həcmini bilməsək də, onun Rusiya arsenalının bir hissəsi olduğu artıq aydındır. Qadınlar öz övladlarının, qız uşaqları isə ailələrinin gözü qarşısında təcavüzə məruz qalırlar. Zorlama müharibə cinayətidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi