azia.az
azia.az

Ağdamdakı Monitorinq Mərkəzi məlumatları hara ötürür? – Qurumdan ikili MÜNASİBƏT

1-04-2022, 18:14

Ağdamdakı Monitorinq Mərkəzi məlumatları hara ötürür? – Qurumdan ikili MÜNASİBƏT
“Monitorinq Mərkəzinin mövcudluğu atəşkəsin təmin olunması ilə nəticələnməli olsa da, bu baş vermir. Onlar bu olaylara adekvat reaksiya vermirsə, deməli Mərkəzdə olanlar geosiyasi maraqlardan çıxış edirlər”. bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Qarabağda baş verən son gərginliyə Ağdamda yerləşən Monitorinq Mərkəzinin hər hansı bir açıqlama verməyərək susqunluq nümayiş etdirməsinə münasibət bildirərkən deyib:

“Ağdamdakı Monitorinq Mərkəzi yalnız öz dövlətlərinə, müdafiə nazirliklərinə məlumat verir. Bunun nəticəsini Rusiya Müdafiə Nazirliyinin Fərrux kəndi ətrafında baş verən hadisələrə münasibətində gördük. Həmin qurum separatçıların maraqlarını ifadə edən açıqlama verdi. Düzdür, Azərbaycan Müdafiə Nazirliyi onun cavabını verdi. Hər bir halda şimal ölkəsinin bu cür ədalətsiz yanaşması Monitorinq Mərkəzinin də proseslərə ədalətli deyil, daha çox geosiyasi maraqlar kontekstində yanaşdığını ortaya qoydu.

Monitorinq Mərkəzinin ikinci iştirakçısı olan Türkiyəyə gəldikdə isə, qardaş ölkə tərəfindən Prezidenti Ərdoğanın Qarabağdakı qanunsuz erməni birləşmələrinin mütləq mənada bu ərazilərdən çıxmasını bəyan etməsilə məsələyə cavab verildi. Aydındır ki, Ərdoğan bu fikrə konkret müşahidə və kəşfiyyat informasiyaları əsasında gəlib.

Bu da o deməkdir ki, Monitorinq Mərkəzinin Türkiyədən olan nümayəndələri də öz müşahidələrindən irəli gələn nəticələri ancaq Türkiyə hökuməti və Müdafiə Nazirliyinə verir.

Ona görə də Qarabağda cərəyan edən son hadisələrə Monitorinq Mərkəzinin reaksiyası konkret özləri tərəfindən deyil, orada təmsil oluna ölkələrin rəsmiləri səviyyəsində verilib”.

Həmsöhbətimizə görə, sözügedən mərkəz ictimaiyyət üçün açıq deyil:

“Proses onu deməyə əsas verir ki, Monitorinq Mərkəzi ictimaiyyət üçün açıq deyil. Ona görə də onlar Qarabağda baş verən son olayları qeydə alsalar da, hadisələrə açıq reaksiya bildirmirlər. Əldə etdikləri məlumatları da yalnzı öz hökumətlərinə ötürürlər. Bu səbəbdən yaranan gərginlik fonunda verilən reaksiyalar Monitorinq Mərkəzi tərəfindən deyil, orada təmsil olunan iki dövlətin müdafiə nazirləri səviyyəsində cavablanır”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi