azia.az
azia.az

Elmar Məmmədyarovdan ittihamlara CAVAB – “Gəlinim erməni deyil”

1-04-2022, 15:39

Elmar Məmmədyarovdan ittihamlara CAVAB – “Gəlinim erməni deyil”
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov haqqında yayılan bir sıra iddialara aydınlıq gətirib.

“Baku TV”nin qonağı olan eks-nazir ilk növbədə nazirlikdəki həbslərlə bağlı ölkədən çıxışına qadağa qoyulması məsələsinə münasibət bildirib:

“Yalan sözdür. Qadağanı qoyan pandemiyadır. COVİD-ə görə ölkədən çıxmağın mənası yox idi. Heç getməyə yer də yox idi. Lakin qeyd olunan nöqsanlar var idi. Məhkəmədə sübuta yetirilib və həmin şəxslər pulları geri qaytarıblar”.


Elmar Məmmədyarov oğlunun erməni əsilli xanımla ailə həyatı qurması iddialarını da təkzib edib:

“Düzgün məlumat deyil. Kiçik oğlumla gəlinim birlikdə Nyu-York Universitetində təhsil alıblar. Gəlinimin bir tərəfi italyan, bir tərəfi irlandiyalıdır. Onu da deyim ki, soyadı Zappola idi, sonra soyadını dəyişib və Məmmədyarova familiyasını götürüb. Oğlumla birlikdə ailə həyatlarına davam edirlər”.

Sabiq nazir oğluna ABŞ-dan 4.5 milyon dollara mənzil almasına da münasibət bildirib:

“Bu mənim şəxsi məsələmdir. Gərək ilk növbədə bank bu sualı versin. Lakin cavab verəcəm. Bəli, 2 mənzil almışam uşaqlar üçün. Düz bir ildir Amerika bankı ilə təmasda idik. Yəni ev almaq o demək deyil ki, mən çemodanla pulu Amerikaya aparmışam. O banka həmin vəsaitlərin hər sentinin hesabatları təqdim edilib. Köçürmə baş tutub, mənzilləri almışam. Bir ata kimi, gərəkdir ki, mən övladlara mülk alım”.



Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi