azia.az
azia.az

Bakıda dilənçilər polisdən "qorunmaq" üçün evlərinə kamera quraşdırıblar - VİDEO

31-03-2022, 21:33

Bakıda dilənçilər polisdən "qorunmaq" üçün evlərinə kamera quraşdırıblar - VİDEO
Bakının Sabunçu rayonu ərazisində dilənçilərin bir qisminin məskunlaşdığı məhəllədə reyd keçirilib.
Reyd Daxili İşlər Nazirliyi (DİN) və Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları ilə birgə baş tutub.

Reyd zamanı bir çox ailənin qeydiyyatda olmadığı aşkarlanıb.

Məlum olub ki, dilənçilər polisdən "qorunmaq" üçün evlərinə təhlükəsizlik kamerası quraşdırıblar.

DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report"a bildirib ki, avara və tüfeyli həyat tərzi yaşayan şəxslərə qarşı mütəmadi tədbirlər görülür:

"Bu kimi neqativ hallarla rastlaşdıqda, ərazi üzrə fəaliyyət göstərən polis əməkdaşları tərəfindən həmin şəxslərlə profilaktiki söhbətlər aparılır. Əgər həmin şəxslər məsələyə etinasız yanaşırsa, onlar barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir".

"Qeyd edək ki, dilənçiliklə məşğul olan şəxslərin ölkədə uzunmüddətli qalmalarına baxmayaraq, onların nə şəxsiyyətlərini təsdiq edən sənədləri, nə də yaşayış üzrə qeydiyyatları var. Maddi vəziyyətlərindən asılı olmayaraq, dilənçilik və avaralıq onların həyat tərzidir. Onların digər vətəndaşlara mane törətdiklərini nəzərə alaraq, belə hallar daim diqqətdə saxlanılır və qanunauyğun olaraq həmin şəxslər barəsində tədbirlər görülür”, - DİN rəsmisi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi