azia.az
azia.az

Ramiz Mehdiyevdən SENSASİON AÇIQLAMA: - "Rusiya EA-dan gələn vardı, görüşdüm"

18-03-2022, 12:20

Ramiz Mehdiyevdən SENSASİON AÇIQLAMA: - "Rusiya EA-dan gələn vardı, görüşdüm"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev "TV Müsavat"ın canlı yayınında aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.

Ramiz Mehdiyev iki gün öncə AMEA-ya getməsi ilə bağlı məlumatı təsdiqləyib və bunun səbəbini açıqlayıb.

Ramiz Mehdiyev "TV Musavat"a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlayıblar. Həmin layihə ilə bağlı fəaliyyəti dəqiqləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib.

Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib:

"Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm".

Ramiz Mehdiyev sonda AMEA-nın yeni prezidenti Arif Həşimovun fəaliyyətini yüksək qiymətləndirib.



Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi