azia.az
azia.az

"Allahşükürün əlindən nəzir qutularını alırlar... Lənkəranı da alsınlar..." - ÇAĞIRIŞ

15-03-2022, 17:49

"Allahşükürün əlindən nəzir qutularını alırlar... Lənkəranı da alsınlar..." - ÇAĞIRIŞ
"Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri postunu hələ də zəbt etməkdə olan Allahşükür Paşazadənin Rusiyanın adamı olduğunu hamı bilir. Bunu bilməyən yoxdur. Buna görədir ki, dövlətimiz Ramiz Mehdiyevin ardından Şeyxin də gəlir yerlərinə əl qoyub, onu zərərsizləşdirməyə çalışır". Bu sözlər lənkəran sakinləri adından edilən müraciətdə yer alıb.

Sakinlər daha sonra yazır: "Allahşükür Paşazadə bu gün Lənkəranın əsl sahibidir. Taleh Qaraşov elə-belə oturub başçı postunda bunu hamı yaxşı bilir. Əgər belə deyilsə, heç nə demirik, Lənkəranın icra başçısı postunda oturan Taleh Qaraşovun imkanı çatırsa, səlahiyyəti yol verir, gücü çatırsa, Allahşükür obyektlərindən birinə toxunsun. Lənkəranı onun başına uçurdarlar..."

Sakinlər dia.az-a bildirir ki, Lənkəranda kimin başçı olmasından asılı olmayaraq Allahşükür Paşazadəyə tabe olub: "Taleh Qaraşov da həmçinin. İndi Allahşükürün əlindən nəzir qutularını alırlar... Lənkəranı da alsınlar..."

Sakinlər ölkə başçısından Lənkərana xalqın dərdi ilə maraqlanan yeni başçının göndərilməsini də xahiş edirlər...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi