İşdən qovulan keçmiş məmurdan BAHALI ALIŞ-VERİŞ... - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin keçmiş rəisi Namik Xıdırov yeni avtomobili ilə gündəm olub.N.Xıdırovun özünə 10-AA-889 nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil aldığı deyilir. Maraqlısı ondadır ki, avtmobilin dövlət nömrə nişanı "AA"dır.
Qeyd edək ki, Sözügedən avtomobilin yenisinin ortalama qiyməti 90 -100 min dollar civarındadır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bu ilin yanvar aında öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Mənbə:My Webpage