azia.az
azia.az

Ağsunun icra başçısı İŞƏ ÇIXMIR? - Bağırovun qorxusu pandemiyadır?

25-02-2022, 16:16

Ağsunun icra başçısı İŞƏ ÇIXMIR? - Bağırovun qorxusu pandemiyadır?
- Ağsu sakinləri adından son iki həftədir rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun qəbuluna düşmək əməlli-başlı problemə çevrilib.

Sakinlərin müraciətini təqdim edirik: "Nə zaman icra hakimiyyətinə gedirik, deyirlər ki, Rövşən Bağırov ya yerində deyil, guya ərazidədir, ya da vətəndaşlarıın qəbulunu pandemiyaya görə dayandırıb. Biz başa düşə bilmirik, əgər, pandemiyadırsa, yerlərə necə gedə bilir? Yəni özünü təcrid edibsə, o zaman ərazilərə də gedə bilməməlidir.
Ağsunun icra başçısı İŞƏ ÇIXMIR? - Bağırovun qorxusu pandemiyadır?
Yox əgər pandemiya qorxusu yoxdursa, o zaman sakinləri niyə qəbul etmir?

Biz belə görürük ki, bizim icra başçısının əsas qorxusu pandemiya yox, çətin vəziyyətə saldığı vətəndaşlar, onların dilindən səslənən şikayətlərdir".

Sakinlər dia.az-a müraciətlərində iddia edirlər ki, iki həftədir ümumiyyətlə Ağsu RİH başçısı Rövşən Bağırovu uzaqdan da görən olmayıb...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi