İlin ən yaxşı dövlət ittihamçısı və müstəntiqi seçildi
Baş Prokurorluqda prokurorluq orqanları tarixində ilk dəfə olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, müsabiqələrin nəticələrinə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Duşdurov Orxan Bəhram oğlu “İlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Əliyev Şaiq Allahyar oğlu isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçiliblər.
Baş prokuror tərəfindən müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə diplom və mükafatlar, həmçinin xidməti vəzifələrinin icrasında fərqlənmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.
Bizim Facebo