Bakının bu rayonundakı binaların sakinlərindən 28 AZN pul yığılır - SƏBƏB - FOTO
Yasamal Bələdiyyəsi tərəfindən rayon ərazisində yerləşən yeni tikili binaların sakinlərinə bildiriş göndərilərək ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu bildirilir. Bildirişdə həmçinin qeyd olunub ki, vətəndaş əmlakın müvafiq sənədlərini Yasamal Bələdiyyəsinə təqdim edib, yerli vergi ödəyicisi olaraq uçota düşməlidir. Yasamal Bələdiyyəsindən bildirilib ki, bildirişlər əmlak vergisi ilə bağlı qanunvericiliyə uyğun olaraq göndərilir.
Azia.az "Trend"ə istinadən xəbər verir ki, əmlak vergisi ilə bağlı qanunvericilikdə qeyd olunub ki, fiziki şəxslərdən mülkiyyətində olan mənzilə görə əmlak vergisi yaşayış sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Bu hesablama həmin əraziyə nəzarət edən bələdiyyə tərəfindən həyata keçirilir.
Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.
Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.
Fiziki şəxsin hər bir əmlakı yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.
Bakı üzrə isə bu vergi hər kvadratmetr üçün 40 qəpikdir. Əgər həmin əmlak yaşayış sahəsidirsə, bu sahənin 30 kvadratmetri vergidən azad edilir.
Yəni əgər mənziliniz 100 kvadratmetrdirsə, ödəniş bu qayda da hesablanır.
(100-30)x0,4= 28 manat
Bu vergi isə ildə bir dəfə olmaqla toplanılır. Digər ərazilər üzrə əmlak vergisi isə aşağıdakı kimidir: