azia.az
azia.az

MEK əməkdaşlarının peyvənd olunmaları davam etdirilir

18-02-2022, 19:33

MEK əməkdaşlarının peyvənd olunmaları davam etdirilir
Ölkədə Covid-19 əleyhinə həyata keçirilən vaksinasiya prosesində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları da könüllü şəkildə iştirak edirlər.
Tam heyəti ilə oxuculara xidmət edən MEK-də istifadəçilərin kitabxana daxilində rahatlığı üçün bütün şərait yaradılıb, hər mərtəbədə karantin qaydalarına uyğun xüsusi oxu zalları təşkil edilib.
Kitabxanada lazımi qabaqlayıcı tədbirlər də həyata keçirilib. Bu günədək I doza üzrə əməkdaşların 92 faizi, II doza üzrə 90 faizi və “buster” doza ilə 50 faizi vaksin olunub.
Qeyd edək ki, gün ərzində MEK-in oxucularla daha çox təmas yaradan Xidmət şöbəsində çalışan bütün işçilər özlərinin və istifadəçilərin sağlamlığı üçün “buster” doza ilə peyvəndlənməni davam etdirirlər.
Xatırladaq ki, kitabxanaya giriş COVID-19-a qarşı peyvənd sertifikatı və ya immunitet sertifikatı ilə mümkündür.
MEK bütün oxucularını kitabxana xidmətlərindən istifadə zamanı sanitar-gigiyenik normalara əməl etməyə çağırır.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi