Ermənistan Azərbaycan əleyhinə çıxış edən bloqqerə dəstək oldu
Ermənistan fondu Azərbaycan əleyhinə çıxış edən Məhəmməd Mirzəliyə dəstək oldu.
Mütəmadi olaraq Ermənistan mediasına Azərbaycan əleyhinə müsahibələr verən bloqqer Məhəmməd Mirzəli bu dəfə erməni diasporasının dəstəyi ilə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsində çıxış edib. O, çıxışı zamanı Azərbaycan hökuməti əleyhinə ittihamlar səsləndirib. Bildirib ki, özü və bacıları Azərbaycanda işgəncələrə məruz qalıblar.
Məhəmməd Mirzəlinin qeyd olunan çıxışı Ermənistanın "Hayatsan” ümumerməni milli fondunun və Amerikanın Erməni Milli Komitəsinin üzvləri tərəfindən dəstəklənmiş və sosial şəbəkələrin Ermənistan seqmentində geniş yayılıb.
Onun sözügedən tribunadan çıxış etməsinə Ermənistanın təşkilatlarının fəalları Anahit Taşçiyan, Nelli Avetisyan, Dan Vardanyan, Lusine Yagjiyan, Anna Qukasyan, Simon Magakyan, Nazik Demirjiyan, Paul Artinian, Samuel Felk,Vic Cerami və Linda Berberian tərəfindən xüsusi köməklik göstəriblər. (Hayatsan)