azia.az
azia.az

Bakıda erməni əsirlərin sayı arta bilər - İrəvan növbəti təxribatlara cəhd etsə ...

16-02-2022, 08:35


"Əgər dövlət sərhədində Ermənistan tərəfindən atəşkəs pozulursa Azərbaycan Silahlı Qüvvələri yerləşdikləri mövqelərdən cavab atəşi açaraq o atəş açılan nöqtələri susdumaqla kifayətlənə bilər. Ona görə ki, Azərbaycan dövlət sərhəddindədir və Ermənistanın sərhədlərinə zəmanət məhz Rusiya tərəfindədir. Və beynəlxalq normalarda belə bir qayda var ki, əgər bir ölkə o biri ölkəyə basqın etmirsə, o zaman sərhəddə olan münasibətlər ancaq cavab atəşi ilə, yaxud adekvat addımlarla yekunlaşmalıdır".
Bakıda erməni əsirlərin sayı arta bilər - İrəvan növbəti təxribatlara cəhd etsə ...
Bunu açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, ermənilər sərhədlərimizi pozmağa cəhd edərlərsə, keçən ilin noyabrın 16-da Kəlbəcərdəki hadisələrin yenidən təkrarlanmaq ehtimalı arta bilər:

"Delimitasiya, demarkasiya məsələsinin həllini tapması üçün komissiya yaradılmalıdır. Biz onu gözləyirik, təklifimizi vermişik və komissiya işləyəndə artıq o hüquqi bazaya aid olacaq. Ancaq delimitasiya, demarkasiya iki dövlət arasında beynəxalq normalar çərçivəsində sərhədlərin qarşılıqlı tanınması deməkdir. Azərbaycanın hazırda yerləşdiyi ərazi məhz 1976-cı ildə tərtib olunan və post-sovet məkanında olan bütün respublikaların coğrafi xəritəsinə əsasən o sərhədlərlə müəyyənləşdirilib. Prinsip cəhətdən o sərhəd dəyişmir. Delimitasiya, demarkasiya məsələsi bizimlə Rusiya, bizimlə Gürcüstan arasında da aparılıb. Bu, sadəcə sərhəddə bəzi sual doğuran məsələlərin birgə razılaşdırılmasıdır. Yəni anklavlar (Dövlətin hər tərəfdən digər və ya başqa dövlətlərin əraziləri ilə əhatə olunmuş torpaq sahəsi - red) olur, bəzi yaşayış məntəqələri olur, hansı ki, məsələn ermənilər yaşayıblar, həmin ermənilər Azərbaycanda yaşamaq istəmirlər, ancaq ərazi Azərbaycan sərhədləri daxilindədir. Onun əvəzinə Azərbaycana uyğun hansısa digər ərazini ayırmaq məsələsi müzakirə edilə bilər. Yəni yaradılacaq komissiyalarn işi bundan ibarətdir.

Biz Azərbaycanın ərazi bütövlüyü deyəndə həmin sərhəd xəttini nəzərdə tuturuq ki, bu gündə onun üzərindəyik. Ona görə delimitasiya və demarkasiya olmasa da Azərbaycan bilir ki, onun sərhəddi haradan keçir. Bəli, Ermənistan bu gün delimitasiya, demarkasiya prosesinə razı kimi görünmür. Orada olan revanşist qüvvələr məhz bu məsələni uzatmaq istəyirlər. Çünki delimitasiya və demarkasiya olsa, artıq bu, beynəxalq hüquq çərçivəsinə həll demək olacaq. Ermənistan tərəfini bu sərhəddi bu formada tanımaq sərf etmir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan da ermənilərin törətdikləri təxribatlarla bağlı mövqeyini açıq bildirib. Silahlı Qüvvələrin rəhbər heyyəti də həmin ərazilərə gedərək Ordu qarşısında Ali Baş Komandanın son tapşırıqlarını çatdırıb. Bu tapşırıqlar əsas və birinci növbədə Azərbaycan ərazisini, onun ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumaqla bağlıdır. Əgər düşmən bundan sonra da hər hansı bir aktiv əməliyyat keçirərsə, yaxud Azərbaycan ərazillərinə təhdid olacaq bir silahlı müdaxilə edərsə, Azərbaycan öz Dəmir yumruğunu işə salacaq.

Azərbaycan Ordusu bütün təxribatlara çox ciddi cavab verir və bununla bağlı lazımı adekvad addımlar atılır. Ermənilər sərhədlərimizi pozmağa cəhd edərlərsə keçən ilin noyabrın 16-da Kəlbəcər istiqamətində olduğu kimi bundan sonra da Silahlı Qüvvələrimiz çox sərt addımlar ataraq layiqli cavab verəcək, yenə də xeyli sayda itki verəcəklər. Azərbaycan bundan sonra da bu şəkildə Ermənistanın təxribatlarına cavab verəcək". My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi