Baş Prokurorluq Konstitusiya Məhkəməsinə 3 sorğu verib
2021-ci ildə Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 3 sorğu verilib.
E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib. Onun sözlərinə görə, KM-in müraciəti əsasında isə prokurorluq tərəfindən 10 rəy verilib.