azia.az
azia.az

MEK-in Xidmət şöbəsi- məsuliyyətli işin səmərəli tərəfləri

12-02-2022, 07:46

MEK-in Xidmət şöbəsi- məsuliyyətli işin  səmərəli tərəfləri
Bir əsrə yaxın yaşı olan Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası illər keçdikcə yerli və xarici təşkilatlarla ikitərəfli səmərəli əlaqələr qurmuş, fondlarını daha da zənginləşdirmiş, fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmışdır. Dövlətin kitabxanalara göstərdiyi diqqət və qayğının nəticəsində MEK-də oxuculara nümunəvi xidmət üçün bütün zəruri şərait yaradılmışdır.
İstifadəçilərə tam səmərəli fərdi və qrup şəklində kitabxana-informasiya-biblioqrafiya xidmətləri göstərən MEK-in Xidmət şöbəsinin də məhz başlıca məqsədi kitabxana ilə oxucu arasında birbaşa körpü yaradaraq xidmətin operativliyini təmin etmək olmuşdur. Kitabxananın Xidmət şöbəsinin əməkdaşları oxucuların qeydiyyatını aparmaqla yanaşı, onları sifariş etdikləri resurslarla təmin edir və geri qəbul edərək müvafiq saxlanca göndərilməsi fəaliyyətini də həyata keçirir. Şöbə, həmçinin MEK-in Sərgi salonunda görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar günlərlə bağlı sərgilər, ədəbiyyat həftələri, nümayişlər, icmallar və ekskursiyalar təşkil etməklə cəmiyyətdə informasiya mədəniyyətini təbliğ edir.MEK-in Xidmət şöbəsi- məsuliyyətli işin  səmərəli tərəfləri
Burada gün ərzində 400-ə yaxın istifadəçinin istənilən peşə sahəsinə və gündəlik həyata aid müxtəlif xarakterli informasiya ehtiyaclarını tapmağa hazır olan təcrübəli əməkdaşlar xidmət göstərir.
Təcrübəlisindən tutmuş gəncinə qədər işinə eyni həvəslə, əsl ziyalı yanğısı, təəssübkeşliyi ilə yanaşan MEK-in Xidmət şöbəsi iş qrafikini də oxucularının istəyinə uyğun şəkildə tənzimləyib. Belə ki, MEK həfətəiçi 5 gün saat 10:00-dan başlayaraq 22:00-dək fasiləsiz şəkildə fəaliyyət göstərir.
Qeyd edək ki, kitabxananın müasir fondlarında toplanmış sənədlər AMEA-nın elmi-tədqiqat institutları ilə yanaşı, respublikada fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşlarının, ali məktəb tələbələrinin, həmçinin MDB və xarici ölkələrin kitabxanalarından müraciət edən oxucuların tələbatlarını ödəmək üçün geniş imkanlar yaradır.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi