Vilayət Eyvazov baş leytenanta yeni vəzifə verdi
Şəmkir rayon Polis Şöbəsində yeni təyinat olub.
Azia.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Onun əmri ilə, polis baş leytenantı Salmanzadə İsmayıl Cümşüd oğlu Şəmkir rayon Polis Şöbəsinin Post-patrul bölüyünə komandir müavini vəzifəsinə təyin olunub.
O, daha öncə Şəmkir rayon PŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.