azia.az
azia.az

“Tərtər işi”ndə hərbçilərə işgəncə verən komandir bəraət aldı

4-02-2022, 10:54

“Tərtər işi”ndə hərbçilərə işgəncə verən komandir bəraət aldı
Tərtər hadisələrində adı hallanan N saylı hərbi hissənin komandiri, polkovnik Vüsal Ələsgərovla bağlı Ali Məhkəmə yekun qərar çıxarıb.
Azia.az xəbər verir ki, V.Ələsgərov tabeliyində olan şəxsləri təhqir etməkdə, döyməkdə, işgəncə verməkdə ittiham edilib.

Belə ki, o, 2017-ci ildə Tərtərdə yerləşən N saylı hərbi hissəsinin komandiri olarkən MAXE-lərdən birinin düşmən mövqeləri ilə arada yerləşən istiqamətdən gəlməsini görüb onun erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələri yaranıb. Daha sonra məsələni komandirin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru Fuad Ağayev araşdıraraq Tərtər Hərbi Prokurorluğuna göndərib. 3 may 2017-ci həmin MAXE dövlətə xəyanətdə ittiham olunaraq barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin başlanıb. İstintaq zamanı digər hərbi qulluqçuların da eyni əməli törətmələri barədə məlumatların araşdırılması üçün Vüsal Ələsgərov əlaqələndirici məsul şəxs təyin edilib. Lakin səlahiyyəti olmadığı halda dövlətə xəyanət etməkdə şübhəli bilinən hərbi qulluqçularla bağlı qanunsuz hərəkətlər etməkdə təqsirləndirilir.

Belə ki, o hərbçilərin düşmən xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən seksual zorakılığa məruz qoyulduğundan şübhələnib. Ehtimal edib ki, sonradan barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə məxfi əməkdaşlığa cəlb ediliblər. Bununla əlaqədar onların zorlanma faktını yoxlamaq üçün tibb ekspertiza keçirib. İntim nahiyələrində müvafiq morfoloji dəyişiklik və xəsarət aşkar edilmiş hərbi qulluqçuları sorğu-sual edərək, qanunsuz araşdırma aparmaq qərarına gəlib.

Bu məqsədlə o, istintaq qrupunun əməkdaşları tərəfindən dindirilməsi zəruri olan şəxslərin N nömrəli hərbi hissənin ərazisində yerləşən köhnə qərargaha gətirilmələrini təşkil edib. Qərargaha gətirilən şəxslərin orada saxlanılmaları və ərazinin mühafizəsini həyata keçirmələri üçün N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün bir qrup hərbçisi də ora gətirilib. Saxlanılan hərbçilərin sorğulama prosesinin davam etdiyi müddətdə və onların istintaq qrupu tərəfindən rəsmi qaydada dindirilməsinədək kəşfiyyatçılar qərargaha kənar şəxslərin daxil olmasının qarşısını almaq və dindirilən şəxslərin verdikləri cavablar qane etmədikdə işgəncə vermək məqsədilə ora yerləşdiriliblər.

İttihama görə, Vüsal Ələsgərov hərbi hissə komandiri kimi şübhələndiyi hərbçiləri adətən əllərini və ayaqlarını naqillə bağlatdırıb, başlarına torba keçirilmiş vəziyyətdə dindirilmə məntəqəsinə göndərib. Beləliklə, o, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan 13 nəfəri təhqir edib, döyüb, işgəncə verib, habelə onlardan bir neçəsi barədə xidməti uyğunsuzluq haqqında fikir formalaşdırıb. Həmin hərbçilərin ordu sıralarından tərxis edilməsinə nail olaraq, bununla da qulluq səlahiyyətini aşıb.

Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə ona elan edilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə ittihamları sübuta yetirilmədiyindən bu maddələr üzrə komandirə bəraət verilib.

Polkovnik Ələsgərov Cinayət Məcəlləsinin 331.2-ci, 331.3 (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 341.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinərək barəsində CM-in 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1000 manat cərimə təyin edilib.

Vüsal Ələsgərovun Tərtər Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi onun üzərindən azadlığın məhdudlaşdırılması cəzasını götürüb.

Sabiq komandirin əməli CM-in 329-cu (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddəsinə tövsif edilib və o ümumilikdə 3500 manat miqdarında cərimə olunub. Ələsgərov bu qərarla da razılaşmayaraq kassasiya şikayəti verib. O şikayətini belə əsaslandırıb ki, şübhəli hərbçiləri Fuad Ağayevin tələbi əsasında sorğu-sual məntəqəsinə göndərib. O, həmin şəxslərin qaçmasının, özlərinə və digərlərinə xəsarət yetirilməsinin qarşısının alınması barədə ədliyyə mayorundan aldığı təlimata əsasən, təhlükəsizlik baxımından həmin şəxslərin əl-qollarını və gözlərini bağlatdırıb göndərdiyini və bununla bağlı istintaq qrupundan ona heç bir irad eşitmədiyini deyib.

Ali Məhkəmə ona verilmiş ittihamın hərbçiləri tapşırılan yerə göndərilməsinə görə deyil, tabeliyində olan şəxsə zor tətbiq etməsi ilə bağlı olduğu qənaətinə gəlib. Polkovnikin kassasiya şikayəti təmin edilməyib (kriminalqafqaz.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi