“Mən turnikdə bu hərəkətləri öyünmək üçün göstərmirdim” - İlham Əliyev (VİDEO)
“Mən turnikdə bu hərəkətləri öyünmək üçün göstərmirdim, bu, mənə lazım deyil”.
Azia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.
“Mən ondan ötrü göstərirdim ki, gənclər bilsinlər, 60 yaşında da bunu etmək olar. Əgər 60 yaşında 15 dəfə dartılmaq olarsa, 20 yaşda, 30 yaşda bunu hökmən etmək lazımdır. Buna çalışmaq lazımdır.
Bu, təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir, sən özünə əminsən, təbii ki, onda sən daha cəsarətlə hərəkət edirsən”, - dövlət başçısı əlavə edib.
Qeyd edək ki, Prezidentin doğum günündə 15 dəfə dartılmasını əks etdirən görüntülər maraqla qarşılanmışdı.