azia.az
azia.az

Kişilərdə prostatitin ilk əlamətləri bunlardır

29-01-2022, 08:52

Kişilərdə prostatitin ilk əlamətləri bunlardır
Diqqət!!Kişilərdə prostatitin ilk əlamətləri bunlardır.Bu əlamətləri gördükdə orqanizminiz artəq həyəcan təbili çalır.
Prostat vəzi - bəzilərinin düşündüyü kimi təzə kəşf olunmuş bir orqan deyil və min illərdir ki, tibbə, həkimlərə məlumdur. Sadəcə olaraq son 20 – 30 ildə daha çox erkən diaqnozlaşma imkanı əldə olun­duğundan (xüsusən ultrasəs müayinəsi sayəsində) və haqqında daha çox danışıldığı üçün belə fikirlər yaranmışdır. Bu məqalədə prostat vəzi haqqında yaranmış digər yanlış fikirlərə də aydınlıq gətiriləcəkdir. Prostat vəzi xəstəliklərinə ümumi nəzər salmaqla bərabər, prostat vəzinin xoşxassəli böyüməsi (hiperplaziyası, adenoması) haqda geniş danışılacaqdır.
Kişilərdə prostatitin ilk əlamətləri bunlardır
Prostat vəzi nədir? Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır. Bu orqanın xəstəlikləri kişilərdə sidik ifrazının ağır pozulmaları - sidik saxlaya bilməmək, kəskin sidik ləngiməsi, kəskin böyrək çatışmazlığı, habelə cinsi zəiflik (impotensiya, cinsi əlaqə problemləri), kişi sonsuzluğu şəklində özünü göstərir.
Gənc yaşlarda prostat vəzinin xəstəlikləri az rast gəlir və yetkin yaşlardan tamamilə fərqli mahiy­yət daşıyır. Əgər söhbət nisbətən gənc yaşlarda prostat vəzi xəstəliyindən gedirsə, deməli söhbət pros­tatit­lərdən, yəni prostat vəzinin iltihabından gedir.

Əgər söhbət 40 və daha yuxarı, xüsusən 50-dən yuxarı yaşlardan gedirsə, deməli söhbət prostat vəzinin xoşxassəli böyüməsindən ( başqa sözlə adenomasından), çox nadir hallarda isə xərçəngin­dən gedir. Bununla belə, prostatit yaşlı kişilərdə də nadir xəstəlik deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi