Qarabağa quruculuq işlərinə qatıldı, minaya düşərək ŞƏHİD oldu
Qarabağa quruculuq işlərinə qatıldı, minaya düşərək ŞƏHİD oldu
Dekabrın 9-da səhər saatlarında Şuşa rayonu ərazisində iki mülki şəxs - “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev təmir-tikinti işləri apararkən erməni təxribatı nəticəsində minaya düşərək ŞƏHİD olub.
Oxan Xanatov Nazim oğlunu tanıyaq.
O, Qobustan rayonunda qeydiyyatında olmaqla, Binəqədi rayon Sulutəpə qəsəbəsində yaşayırdı. Qonşuyuq, bu ailə ilə çox yaxın münasibətlərimiz var. ŞƏHİDİMİZ uşaqlıqdan hər birimizin istəklisi, böyük-kiçik yeri bilən əsil Azərbaycan gənci idi.
-44 günlük müharibədə hər gün məndən oğlum Elşəni soruşar, deyərdi ki, “əmi Elşən danışmadı, vəziyyət nə yerdədir”.
- Mən də hər şey yaxşıdı, salamatçılıqdı deyər, sağollaşardım. Bir ara Qum bazarında işlədi, yolumuz ora düşəndə nə bacarırdısa onu edər, çalışırdı ki, bizi razı salsın və bunu da bacarardı. Bir yerdə durmurdu, sanki içində onu harasa tələsdirən bir qüvvə var idi. Vətənpərvər, təəssübkeş, cəsarətli, qorxmaz bir gənc idi. Qanacaq, mərifət hamısı onun şəxsiyyətində cəmlənmişdi. Yaxşı xatirimdədi, bir müddərt isə “Onur” marketdə işlədi. Bu ərazidə yaşayan və onu tanıyanlar indi onun yoxluğu ilə barışa bilmir, ŞƏHİDİMİZİ dərin ehtiramla yad edir. Hər kəslə öz dilində danışardı. Tanıyanlar onun yaxşlıqları barədə ağız dolusu danışırlar.
Qəfil oğlum zəng elədi ki, ata Orxan minaya düşüərək ŞƏHİD olub, sarsıldım. Düzü əvvəl-əvvəl inanmadım. Mənim inanmamağım əlbəttə ki, reallığı dəyişmədi. Şəhidimiz iki uşaq əmanətə qoydu. İndi Orxan artıq bizlərin qəlbindədir.
Onun atasına, ailəsinə, yaxınlarına Allahdan səbir arzulayır, Məkanı cənnət olsun deyir, Allahdan rəhmət diləyirəm!
Dərin hörmətlə, SUBUT MEHDİYEV!!