Vilayət Eyvazov mayora yüksək vəzifə verdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Əjdər Əliyev Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib. O, bu təyinata qədər Şabran RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb. ///oxu.az