azia.az
azia.az

Bir vaxtlar ayaqqabı silirdi, indi gündə 1000 cüt ayaqqabı satır

3-01-2022, 09:56


Türkiyəli iş adamı, 60 yaşlı Rıfat Sarı ayaqqabı silməkdən başlayaraq 40 ölkəyə ixracata qədər uzanan uğur hekayəsi ilə diqqət çəkir.
Bir vaxtlar ayaqqabı silirdi, indi gündə 1000 cüt ayaqqabı satır
Xəbər verilir ki, o, Qarsdan Manisaya köçən ailəsinin dolanışığına yardım etmək üçün 10 yaşında ayaqqabı silməyə başlayıb. İbtidai məktəbi bitirdikdən sonra ayaqqabı fabrikində şagirdliyə başlayan,17 yaşında ayaqqabı ustası olan və karyerasını əsgərlikdə davam etdirən Sarı hərbi xidmətdən qayıdandan sonra 1982-ci ildə iki ortağı ilə birlikdə Üçel Ayaqqabı firmasını qurub.

O dövrdə 24 cüt kişi ayaqqabısı istehsal edən və yeni texnologiya ilə modernləşdirilən şirkət indi gündə 1000 cüt ayaqqabı istehsal etmək gücünə malikdir.
Bir vaxtlar ayaqqabı silirdi, indi gündə 1000 cüt ayaqqabı satır
İlk ayaqqabı ixracını 1985-ci ildə Almaniyaya edən şirkət artıq Avropa, Yaxın Şərq, Qafqaz və Orta Asiya başda olmaqla dünyanın 40 ölkəsinə təxminən iki milyon dollarlıq ayaqqabı ixracı həyata keçirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi