Vilayət Eyvazov müxalifətçiləri və hüquq müdafiəçilərini qəbul etdi

Vilayət Eyvazov müxalifətçiləri və hüquq müdafiəçilərini qəbul etdi
Bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hüquq müdafiəçiləri - Rüfət Səfərov, Zəfər Əhmədov, Əlayif Həsənov və Zaur Əkbərlə görüşüb.
Üç saat davam edən görüşdə nazir müavini general-leytenantı İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini polis polkovniki Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov iştirak ediblər.![]()
Görüşdə bir sıra məsələlər müzakirə edilib, hüquq müdafiəçiləri tərəfindən təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.