Ermənistan QARIŞDI, YOLLAR BAĞLANDI: "Qarşımıza çıxmasa, pis olacaq"
Qarabağda gedən müharibədə və Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik zamanı hərbi əsirlərin və itkin düşənlərin yaxınları Ermənistan hökumət binası qarşısında etiraz aksiyasına başlayıblar.
Xəbər verilir ki, bu barədə yerli xəbər portalları hadisə yerindən məlumat yayıb.
"Alen Simonyan (Ermənistan parlamentinin sədri) bizim qarşımıza çıxsın və əsir düşmüş, tkin düşmüş uşaqlarımız haqqında dediklərini izah etsin. Qarşımıza çıxmasa, pis olacaq. Simonyan gəlməyə borcludur. Buradan çıxıb cavab verin. Onun bu sözləri bu deməkdir ki, onun üçün "hərbi əsir yoxdur". Qoy bura toplaşan bütün valideynlərə cavab versin”, - aksiya iştirakçıları tələb ediblər.
Bundan əvvəl sosial şəbəkələrdə parlament sədri video yayılıb. Yayımlanan fraqmentdə Simonyan deyir ki, onun üçün heç bir hərbi əsir yoxdur. Simonyan "hərbi əsirləri" fərari adlandırıb.
"Çox sayda hərbi əsir və itkin düşənlərin valideynləri Ermənistan Nazirlər Kabinetinin binasının yerləşdiyi Respublika meydanına gedən küçələri bağlamaq üçün mövcud qüvvələrdən istifadə etmək qərarına gəliblər. O cümlədən, hazırda Abovyan küçəsindən giriş bağlanıb. Hadisə yerində polis xidmət edir, lakin etirazçılar saxlanılmır", məlumatda deyilir