azia.az
azia.az

Elçin Quliyevin helikopterlə bağlı açıqlamasına aydınlıq gətirildi

7-12-2021, 11:29

Elçin Quliyevin helikopterlə bağlı açıqlamasına aydınlıq gətirildi
2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-ci ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib, bu barədə Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov haqqın.az-a açıqlama verib.

Qurum rəsmisi bildirib ki, Onun istismar müddəti 25 ildir . Onun sözlərinə görə, bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib:

DSX rəisi, general-polkovnik Elçin Quliyevin məlum qəza ilə bağlı keçirdiyi brifinqdə helikopterlə əlaqədar danışarkən səsləndirdiyi "Helikopter yeni idi, üzərində qısa müddət öncə təmir işləri aparılmışdı” fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Bu ilin noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi