Həbs edilmiş məmur ölsə də, məhkəməsi davam edir
Həbsdən buraxıldıqdan bir neçə gün sonra vəfat edən "Azərxalça”nın sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəməsi davam etdiriləcək.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərindən biri onun hüquqi varisi kimi çıxış edəcək. Cinayət işinə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. İş üzrə "Azərxalça" ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.
Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Sentyabrda məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə evində vəfat edib.