azia.az
azia.az

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

25-11-2021, 13:28

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?
“Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək”.

Bu barədə Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək:

“27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək”, - deyə G.Məmmədova qeyd edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi