Azərbaycan ermənilər gedən bu yola da post yerləşdiridi: Ermənilər şoka düşdü
“Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədilməsindən sonra Azərbaycan ordusu Zəngəzur mahalının Çakaten kəndi ərazisindən keçən yolda da post qurub.”- Alp.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabından politoloq Əziz Əlibəyli yazıb. Politoloqun statusunu olduğu kimi təqdim edirik:
“Keçid məntəqəsini açmağa müvəffəq olan Azərbaycan əraziyə qoşun yerləşdirib…
Ermənistanın müdafiə naziri, xarici işlər naziri və Sünik qubernatoru hələlik susqunluq nümayiş etdirirlər.
Əgər bu yol bağlanarsa, insanlar Meğridən keçməli olacaqlar. Yəni azacıq məsafəni 100 kilometr uzatmaq məcburiyyətində qalacaqlar. Alternativ torpaq yol isə hava şəraitinə görə keçilməzdir, mümkünsüzdür.
İndi gördükmu qumbara kimin başında partladı…”